Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mədəniyyət Mərkəzinin və Gəlmə kənd Diyarşünaslıq evinin əməkdaşlarnın iştirak ilə ”Dünyanın arzusu Sülhdür” adlı musiqili tədbir keçirilib.

21.09.2019

20 sentyabr 2019-cu il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mədəniyyət Mərkəzi və Gəlmə kənd Diyarşünaslıq evinin əməkdaşlarnın iştirak ilə Gəlmə kənd Körpələr evi-uşaq bağçasında "Dünyanın arzusu Sülhdür" adlı musiqili tədbir təşkil olunmuşdur. Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova və körpələr evi-Uşaq bağçasının müdiri Dilarə Məmmədova uşaqları salamlayıblar və Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə müvəkkili - OMBUDSMANIN təşəbbüsü ilə Respublikamızda "Sülh aylığı" (21Avqust-21 Sentyabr) elan olunması ilə bağlı məlumat verərək  bildiriblər ki, bununla əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi bizim rayonumuzda da, eləcə də mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil olunmuşdur və aylığın yekunu olaraq bu günkü tədbirimiz körpə fidanlara həsr olunmuşdur. Mədəniyyət Mərkəzinin metodisti Gülüstan Əhmədli, Diyarşünaslıq evinin direktoru Gülzadə Qasımova Sülh günü münasibətilə uşaqları  təbrik edib, "Sülh nədir" mövzusunda söhbət təşkil ediblər. Körpə fidanlar sülhlə bağlı şeirlərlə,mahnılarla, gözəl rəqslərlə təbiri şənləndiriblər. Sonda uşaqlara kiçik hədiyyələr təqdim olunub.

 

85.9 KB

 

75.1 KB

 

87.8 KB