Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Sülh Günü” qeyd edilib.

21.09.2019

Zərdab rayon Heydər Əliyev Mərkəzində 21 Sentyabr Beynəlxalq Sülh günü münasibətilə “Heydər Əliyevin Sülh strategiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Agdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbiri giriş sözü ilə açaraq bildirib ki, SÜLH bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Dursun Muradxanlı “Heydər Əliyevin sülh strategiyası” mövzusunda məruzə ilə çıxış edərək Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir-deyə qeyd edib.
İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Tədbirdə həmçinin Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyəndə fəaliyyət göstərən Mədəniyyət müəsssisələrinin əməkdaşları çıxış edərək
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan etdiyini xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıblar.Bildirilib ki, azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir.

 

56.3 KB

 

86.2 KB

 

66.2 KB