Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon MKS-nin 71 saylı şəhər kitabxanasında Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

25.09.2019

23 sentyabr 2019-cu il tarixində  Ağdaş rayon MKS-nin 71 saylı şəhər kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi  əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Məsumi Şəhla açaraq  Cəfər Cabbarlının həyat və yaradıcılığı, yenilik və müasirlik uğrunda mübarizəsi, dram əsərləri barədə geniş məlumat verib. Tədbirdə İntiqam Mustafayev, Samit Əliyev, Natiq Həsənov və başqaları Cəfər Cabbarlının şeirlərini söyləyiblər.

Sonda "Cəfər Cabbarlı-120" adlı kitab sərgisinə baxış keçirilib.

 

2.1 MB

 

2 MB

 

2.2 MB