Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasında ”Beynəlxalq Ahıllar günü”nə həsr olunmuş tədbir keçirilib.

01.10.2019

1 oktyabr 2019-cu il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında "Beynəlxalq Ahıllar günü"nə həsr olunmuş tədbir keçirilib. Ağdaş rayon ağsaqqallarıın da iştirak etdiyi  tədbiri giriş sözü ilə açan Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev bildirib ki, 1992-ci ildə BMT Baş Məclisi tərəfindən "Ahılların müdafiəsi ilə bağlı qətnamə" qəbul edilib və ölkəmizdə də 1993-cü ildən bəri bu gün ahıllar günü kimi qeyd edilir.  

    Yaşlı insanlara isə Azərbaycan xalqının daim hörməti və ehtiramı olmuşdur.                                                                                                                                                             Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrdə olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəlib. Bu islahatların mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında müxtəlif səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına hədəflənib.

        Tədbirdə çıxış edən Ağdaş  RİH-nin məsul işçisi Möhlüd Hacıxanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Birinci vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara qayğı göstərilməsi ilə bağlı təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssiələrində, Qocalar evində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara xoş hisslər bəxş edən tədbirlər təşkil olunur.

     Tədbirdə "Beynəlxalq Ahıllar günü"nə həsr olunmuş videoçarx və mahnılar səsləndirilib.

     Tədbir çərçivəsində MKS-nin rəhbərliyi tərəfindən ahıllar üçün çay süfrəsi açılıb.

     Sonra tədbirdə iştirak edən Hacı Vaqif və digərləri çıxış edərək ölkəmizdə yaşlılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

     

 

1.5 MB

 

1.6 MB

 

1.8 MB