Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Heydər Əliyev Mərkəzində 5 oktyabr - Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

03.10.2019

2 oktyabr 2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində 5 oktyabr - Müəllimlər Gününə həsr olunmuş "Müəllimlər hər bir cəmiyyətin elitasıdır" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Zenfira Əliyeva açaraq "Müəllimlər günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi olduğunu, "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməyə başlandığını və Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramının hər il 5 oktyabrda qeyd edildiyini bildirib.O, həmçinin məhz Ulu Öndər Heydər Əliyevin də müəllim əməyini yüksək qiymətləndirərək dediyi "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır " sözlərini də vurğalayıb. Göyçay rayon Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov çıxış edərək bildirib ki, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər. Sonra çıxış üçün söz Şuşa şəhər 17 saylı tam orta məktəbin müəllimi Səməd Şuşalıya verilib. O, Prezident İlham Əliyevin hər zaman müəllim əməyini yüksək qiymətləndirdiyini, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qaldığını bildirib. Daha sonra Dini Qurumlar üzrə Dövlət Komitəsinin Göyçay rayon üzrə aparıcı məsləhətçisi Rauf Nəsirli öz çıxışında müəllim əməyinin əsl vətənpərvərlik nümunəsi olduğunu, müəllimin təhsildə əsas sima, ən nüfuzlu şəxs olduğunu söyləyib. Növbəti olaraq, Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov çıxış edərək bildirib ki, son illər Azərbaycanda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi hər zaman diqqət mərkəzində olmuşdur. Sonra çıxış üçün söz rayon 6 saylı orta məktəbin müəlliməsi Yavər Hüseynovaya verilib. O da çıxışında hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olduğunu qeyd edib. Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri şeirlərlə çıxış edərək müəllimləri təbrik ediblər.

 

186.4 KB

 

190 KB

 

181.9 KB