Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Açıq kitabxana” keçirilib.

03.10.2019

        2 oktyabr 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Açıq kitabxana” keçirilib.

        Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva çıxış edərək, Respublika Prezidentinin bu ilin ölkəmizdə “Nəsimi ili" kimi qeyd olunması ilə bağlı 11.01.2019-cu il tarixli və İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar 15.01.2019-cu il tarixli Sərəncamlarından və dövrünün görkəmli mütəfəkkiri, şair, ədəbiyyatımız tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi İmadəddin Nəsiminin yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm mərhələ olmasından danışıb.

        “Açıq kitabxana”da şairin əsərləri, dövrü mətbuatda onun haqqında  yazılan elmi-publisistik məqalələr və Nəsiminin 650 illik yubileyi ilə əlaqədar oxucuların əl işləri sərgilənib.

       Tədbir boyu müxtəlif yaş kateqoriyalarından və müxtəlif peşə sahiblərinin “Açıq kitabxana”da  şairin  kitabları ilə  tanış olublar və kitabxanaya  üzv yazılıblar.

       Kitabxananın fəal oxucusu, 75 yaşlı Xaləddin Şıxıyev “Açıq kitabxana”nın qonağı olub və bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

251.9 KB

 

1.2 MB

 

1.1 MB