Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Potu kənd kitabxanasında İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar “Haqq aşiqi” adlı tədbir keçirilib.

03.10.2019

4 oktyabr  2019-cu il tarixində Göyçay rayon MKS –inin 3 saylı Potu kənd kitabxanasında  böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar “Haqq aşiqi” adlı tədbir keçirilib. Tədbirdə Potu kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Kitabxananın müdiri Kifayət Hacıyeva Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2019 – cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi və bu məqsədlə keçirilən tədbirlərin təşkili barədə  tədbir iştirakçılarına məlumat verib. Sonra  kitabxananın əməkdaşı Zülfiyə İsmayılova İmadəddin Nəsimi irsinin təbliğində Nəsimi yaradıcılığının öyrənilməsinin əhəmiyyətli haqqında  danışıb. Tədbirdə iştirakçılar Nəsiminin əsərləri ilə tanış olublar.Fəal oxucular şairin şerlərindən parçalar söyləyiblər.  Sonda tədbir iştrakçıları kitabxanada təşkil olunmuş sərgi ilə yaxından tanış olublar.

 

59.3 KB

 

50.6 KB

 

49.4 KB