Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayonunda mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib.

04.10.2019

2 oktyabr 2019-cu il tarixində Zərdab rayon Mədəniyyət Mərkəzində Ağdaş Regional Mədəmiyyət İdarəsinin rəisi Ramiz Quliyevin sədrliyi ilə seminar-müşavirə keçirilib. Müşavirədə ilk öncə idarə rəisi Ramiz Quliyev çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  mədəniyyətimizin inkişafına və mədəniyyət işçilərinə göstərdiyi xüsusi qayğıdan söz açmış, mədəniyyət sahəsində aparılan islahatlar barədə ətraflı məlumat vermişdir. Eyni zamanda Ramiz Quliyev məlumat verərək qeyd edib ki,25 oktyabr 2019-cu il tarixdə  regionumuzda Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayevin və nazir müavinlərinin iştirakı ilə vətəndaşların qəbulu keçiriləcəkdir. Belə ki,Zərdab və Ucar rayonlarından olan vətəndaşları cənab nazir Əbülfəs Qarayev Ucar rayon Heydər Əliyev Mərkəzində,Göyçay rayonundan olan vətəndaşları nazirin birinci müavini Vaqif Əliyev Göyçay rayon Heydər Əliyev Mərkəzində və Ağdaş rayonundan olan vətəndaşları nazir müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində qəbul edəcəkdir. O,çıxışına davam edərək qəbulla əlaqədar qarşıda duran vəzifələrdən danışıb.

Sonra 2019-cu ilin müvafiq dövrü ərzində görülmüş işlər barədə Zərdab rayon mədəniyyət müəssisələrinin rəhbərlərinin hesabatı dinlənilib,nöqsanlar qeyd olunub, bu nöqsanların tez zamanda aradan qaldırılması üçün tapşırıqlar verilib. 

 

1.1 MB

 

1 MB

 

1.1 MB