Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayonunda Müəllimlər Günü qeyd olunub.

05.10.2019

Ucar rayon Heydər Əliyev Mərkəzində Ucar rayon İcra Hakimiyyətinin, YAP Ucar rayon təşkilatının və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “5 oktyabr-Müəllim günü” münasibətilə  təntənəli tədbir keçirilib.

         Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyublar.

          Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

         Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov çıxış edərək Azərbaycan müəlliminə göstərilən diqqət və qayğıdan danışaraq  müəllimləri “Müəllim günü” münasibəti ilə təbrik edib və onlara müvəffəqiyyətlər arzulayıb.
        Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd edib ki, respublikamızda hər il onlarla peşələrin daşıyıcıları olan insanların peşə bayramları qeyd olunur. Əlamətdar olanı isə odur ki, bütün bu peşə bayramlarında ən çox xatırlanan, ən çox haqqında danışılanlar bizim borclu olduğumuz müəllimlərdir. Bütün insanlara həmişə qayğı ilə yanaşan, onları layiqincə qiymətləndirən Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Liderimiz Heydər Əliyev də “Mən yer üzündə müəllimdən şərəfli ad tanımıram” demişdir. Doğrudanda bizim hər birimiz həyatda qazandağımız mövqeyə görə Siz müəllimlərə borcluyuq.

        Sonra müəllimlərin bir qrupu Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olunublar.
        Eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvlərinə üzvülük vəsiqələri təqdim olunub və bir qrup YAP fəalı rayon təşkilatının hədiyyələri ilə mükafatlandırılıb.
         Tədbirin sonunda bədii proqram təqdim olunub.

         Tacəddin  Mehdizadənin , Həmzə Əliyevin  ifaları, Rayon Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

61 KB

 

62.5 KB

 

73.8 KB