Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon MKS-inin 17 saylı Cəyirli kənd kitabxana filialının təşkilatçılığı “Müəllim müqədəsdir,əbədidir,dahidir” başlığı ilə tədbir keçirilib.

05.10.2019

4 oktyabr 2019-cu il tarixində Göyçay rayon MKS-inin 17 saylı Cəyirli kənd kitabxana filialının təşkilatçılığı ilə kənd məktəbində 5 oktyabr-“Beynəlxalq müəllimlər günü” ilə əlaqədar “Müəllim müqədəsdir,əbədidir,dahidir” başlığı altında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın filial müdiri Səbirə Səfərilyeva qeyd edib ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - öz ümidini, öz gələcəyi olan uşaqları müəllimə etibar edir. Tədbirdə iştirak edən Cəyirli kənd tam orta məktəbinin dil - ədəbiyyat müəllimi İlahə Həmidova çıxışında bildirib ki, Beynəlxalq müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.                                                Tədbirin sonunda  şagirdlər İlahə Beydulayeva, Xəyalə Ömərova, Arzu İskəndərova və başqaları   “Əziz müəllim”, “İlk müəllim”,  “Mənim sevimli müəllimim”, “Müəllim səadəti” şeirlərini söyləyiblər.

 

78.9 KB

 

79.2 KB

 

87.8 KB