Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin Məlikli kənd filialının birgə təşkilatçılığı ilə “Müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir” başlıqlı tədbir keçirilib.

05.10.2019

       2019-cu  il oktyabrın 4-də Zərdab rayon MKS-nin Məlikli kənd filialının birgə təşkilatçılığı ilə  5 oktyabr  Beynəlxalq   Müəllimlər  Günü  ilə  əlaqədar  Məlikli kənd tam orta məktəbində “Müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir” başlıqlı tədbir keçirilib.

     Tədbiri Kitabxana filialının müdiri Nuranə Umudova  Ümummilli Lider Hüydər Əliyevin müəllim haqqında söylədiyi fikirlə açıb: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir.Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!”

    Hamıya ömürlərindən pay verən müəllimlərimizə hər zaman can sağlığı, üzlərində təbbəssüm arzu edirik. Bayramınız mübarək əziz müəllimlərimiz!

    Sonra məktəbin direktoru Zöhrab Bəşirov  müəllimləri təbrik edərək söyləyib ki, təqvimdə yer alan ― Bilik günü  əsasən şagirdlərin, 5 Oktyabr Müəllim günü isə onlara bilik verən müəllimlərimizin bayramı hesab edilir. Əslində elə bilik günü də müəllimlərimizin sevincidi. Çünki hər hansı mövqeyə ucalmaq üçün müəllim əlinin altından keçmək lazımdır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşə olduğundan insanlar həmişə müəllimə hörmətlə yanaşmışlar. Müxtəlif dövrlədə minlərlə müəllim əməyi milləti cəhalətdən qurtarmış, müharibələrin qarşısı alınmış, insanlar elm və texnikanın gücü ilə texnika əsrinə gəlib çatmışdır. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşür. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.

    Kitabxana filialının əməkdaşı  müəllimləri  İbrahim Yusifoğlunun  şeirindən bir parça ilə təbrik etdi:

Üç insan əzizdir mənə dünyada,

Anam,müəlliməm bir də ustadım.

Hər an baş əyirəm sizdəki ada,

Anam, müəlliməm bir də ustadım.

Tədbiriin sonunda kitabxana əməkdaşları müəllimləri gül-çiçək dəstələri ilə təbrik ediblər.

 

1.1 MB

 

1 MB

 

1.3 MB