Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon uşaq incəsənət məktəbində “Beynəlxalq Müəllimlər Günü” qeyd edilib.

07.10.2019

5 oktyabr 2019-cu il tarixində Zərdab rayon uşaq incəsənət məktəbində Müəllimlər günü münasibəti ilə “Sevimli müəllimim” başlığı altında  tədbir keçirilib.İlk öncə məktəbin direktoru Nicat Əlifi çıxış edərək tədbirə Ümummilli Lider Heydər Əliyevin kəlamı ilə başlayıb; “Mən dünyada müəllimdən şərəfli ad tanimiram”. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.

       Nicat Əlifi çıxışına davam edərək bildirib ki,ölkəmizin,xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və  bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. O, sonda bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edib!

       Sonra “Müəllimlər günü” ilə bağlı konsert proqramı ilə tədbir davam edib. Şagirdlərdən ibarət Xalq çalğı alətləri ansamblı və tar ixtisası üzrə V sinif şagirdi Həmidov Əlinin ifasında  musiqi nömrələri dinlənilib, Xoreoqrafiya  sinfinin şagirdlərdən ibarət rəqs qrupu və digər şagirdlərin ifasında  musiqi nömrələri təqdim olunub.

 

209 KB

 

278.4 KB

 

191.1 KB