Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Müəllim zəkadır, müəllim ziyadır” adlı tədbir keçirilib.

07.10.2019

Oktyabrın 5-də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində  5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Müəllim zəkadır, müəllim ziyadır” adlı tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq bütün müəllimləri  5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, bu gün çox gözəl və əlamətdar bir gündür. Müəllimlik peşəsi bütün peşələrin başında dayanır, humanist, fədakar, şərəfli və müqəddəs peşədir. Müəllim əməyi vətənpərvərlik nümunəsidir.

Vurğulanıb ki, müəllim peşəsinə yüksək qiymət verən müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev demişdir: “Müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”. Azərbaycanda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qüdrətli siyasi xadim, görkəmli dövlət rəhbəri Heydər Əliyevin müvafiq Sərəncamı əsasında keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirir, müasir tələblərə cavab verən pedaqoji kadr hazırlığına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli vətənpərvər fəaliyyətinin əsas istiqamətlərindən birini təhsilə diqqət və qayğı təşkil edir.

Heydər Əliyev Mərkəzinin kollektivi adından çıxış edən Mərkəzin əməkdaşı Xanım İmanova  tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara səmimi və xoş arzularını çatdırıb.

 Məktəblilərin müəllimə həsr olunmuş çıxışları, şeirləri, təqdim etdikləri videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb. Rəngarəng proqrama malik olan tədbir hamıda xoş təəssürat yaradıb.

 

3 MB

 

2.8 MB

 

2.3 MB