Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin Qoruqbağı kənd kitabxana filialında ”Babək hünərli şəhidim, Babək” başlıqlı tədbir keçirilib.

08.10.2019

          8 oktyabr 2019-cu il tarixində Zərdab rayon MKS-nin Qoruqbağı kənd kitabxana filialında döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Babək Mehdi oğlu İsmayılovun anım günü ilə əlaqədar "Babək hünərli şəhidim , Babək" başlıqlı tədbir keçirilib.

         Tədbirdə ilk öncə iştirakçılar Babək İsmayılovun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

        Sonra çıxış edən kitabxana filialının müdiri Rəsmiyyə Əhmədova Babəkin döyüş yolundan danışıb və onun gənc nəsilə örnək olduğunu vurğulayıb.

        Tədbirin sonunda şəhidin Qoruqbağı kənd qəbristanlığında  məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

 

100 KB

 

1.1 MB

 

1.3 MB