Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayonunda müəssisə rəhbərləri ilə görüş keçirilib.

09.10.2019

Göyçay rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyevin sədrliyi ilə mədəniyyət müəssisələrinin rəhbərləri ilə növbəti görüş keçirilib. Ramiz Quliyev məlumat verərək qeyd edib ki, 25 oktyabr 2019-cu il tarixdə regionumuzda Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayevin və nazir müavinlərinin iştirakı ilə vətəndaşların qəbulu keçiriləcəkdir. Belə ki, Zərdab və Ucar rayonlarından olan vətəndaşları cənab nazir Əbülfəs Qarayev Ucar rayon Heydər Əliyev Mərkəzində, Göyçay rayonundan olan vətəndaşları nazirin birinci müavini Vaqif Əliyev Göyçay rayon Heydər Əliyev Mərkəzində və Ağdaş rayonundan olan vətəndaşları nazir müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində qəbul edəcəkdir. O, çıxışına davam edərək qəbulla əlaqədar qarşıda duran vəzifələrdən danışıb.

Sonra Ramiz Quliyev müəssisə rəhbərlərinin hesabat məruzələrini dinləyib, nöqsanları qeyd etməklə, müvafiq işlərin görülməsi barədə tapşırıqlarını verib.

 

188.9 KB

 

183.6 KB

 

150.4 KB