Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları şəhər 3 saylı tam orta məktəbdə ”Müstəqilliyimizi qorumalı və yaşatmalı” adlı tədbir təşkil ediblər.

18.10.2019

 17 oktyabr 2019-cu il tarixində Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının və şəhər 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə "Müstəqilliyimizi qorumalı və yaşatmalı" adlı tədbir keçirilib..
Tədbirdə muzeyin əməkdaşları Maisə Babayeva, Ziyalə Əliyeva, Tünzalə Osmanova və şəhər 3 saylı məktəbinin UBT-nın rəhbəri Nuranə Rəhimova öz çıxışlarında bildiriblər ki, dövlət üçün müstəqillikdən ,vətəndaşı üçünsə azadlıqdan üstün heçnə yoxdur.Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış,müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş,qəhrəmanlıq salnaməsi yazmışdır.
 Tədbirdə məktəbin 7 və 8-ci sinif şagirdləri şer və kompozisiya ilə çıxış ediblər.

 

321.7 KB

 

331.9 KB

 

305.5 KB