Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Həsən bəy Zərdabi muzeyində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

18.10.2019

16 oktyabr 2019-cu il tarixdə Zərdab Rayon Həsən bəy Zərdabi muzeyində 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “ Ən böyük sərvətimiz Milli müstəqilliyimizdir” adlı dəyirmi masa keçirilib.Tədbiri muzeyin direktoru Vəfa Bayramova açaraq qeyd edib ki, 28 il bundan öncə hər kəsin üzündə bir sevinc işartısı vardı: Azərbaycan müstəqilliyinə qovuşurdu.Uzun illərin mübarizəsi,savaşı bəhrəsini verirdi.Hamı sevinirdi,çünki hamı həsrətin çəkdiyi özgürlüyün qucağına atılırdı.Bu bir tarixi dram və qəhrəmanlıq səlnaməsi idi.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın yüz illər boyu arzuladığı böyük bir səadətdir. Tarixən azad olmaq,hürriyətə qovuşmaq bu xalqın ən böyük arzusu olmuşdur. Tanrı iyirminci yüzilliyin sonlarında xalqımıza yenidən tarixi bir şans verdi və millətimiz yüzilliklər  boyu həsrətində olduğu azrusuna qovuşdu.

Tədbirdə muzeyin əməkdaşlarından Leyla Əliyeva,Tavad Qurbanova,Mübariz Səfiyaroğlu,  qonaqlardan Teyyub Xəlilov, Əlniyyət Əliyev,Nazim Həsənov və başqaları çıxış edərək  28 ildə müstəqilliyin Azərbaycana bəxş etdiyi nailiyyətlərdən danışıblar.

 

1.6 MB

 

1.9 MB

 

1.8 MB