Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində Zərdab rayonunda tədbir təşkil olunub.

23.10.2019

       Mədəniyyət  Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi  “Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən kitab karvanının   23 oktyabr 2019-cu il tarixindəki  səfəri Zərdab  rayon Mərkəzi Kitabxanası olub.

       Tədbiri giriş sözü ilə  Zərdab  rayon MKS-nin direktoru Nailə Əliyeva açıb. Sonra isə söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaya verildi. O, Uşaq Kitab Karvanı layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, layihə haqqında ətraflı məlumat verdikdən sonra qonaqları təqdim edib. Tədbirdə uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı  və Solmaz Amanova iştirak edib. Uşaq yazıçıları tədbir iştirakçılarına maraqlı olan bütün sualları cavablandırdı. Kitab Karvanı ilə gətirilən kitab bağlamalarında kitabxananın uşaq şöbəsinə nəşriyyatların son illərdə nəşr etdiyi  uşaq kitabları və  metodik vəsait, verilib. Respublika Kitab Kollektorunun da kitabxanaya hədiyyəsi olub.

       Tədbir məktəbli məktəbli oxucuların  İmadəddin Nəsiminin  qəzəllərindən ibarət kompozisiya ilə davam edib . 

      Tədbirin sonunda Ağdaş Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Zərdab rayonu üzrə nümayəndəsi Urfan  Əhədov, ”Əkinçi” qəzetinin əməkdaşı Tərlan Abdullayeva  Kitab Karvanı layihəsinin  uğurla həyata keçməsində xidməti olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

      Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.

 

1.1 MB

 

1.5 MB

 

1.2 MB