Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Göyçayda təşkil edilib.

24.10.2019

24 oktyabr 2019- cu il tarixində Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı – Bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Göyçay rayonunda baş tutdu.  Uşaq Kitab Karvanı   Göyçay rayon Mərkəzi Kitabxanasının qonağı oldu. Görüşdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında öz yaradıcılıq axtarışları ilə seçilən, uşaqların sevimli yazıçısı Zahid Xəlil, gözəl povest və hekayələri, şirin, məzəli, yaddaqalan şeirləri ilə daim uşaqların əhatəsində olan Sevinc Nuruqızı, elmi fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı, Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki, uşaq yazıçısı, “İRS” fənninin müəllifi Solmaz Amanova iştirak etdi. Qonaqlar ilk olaraq uşaqların rəsm sərgiləri ilə, əl işləri ilə yaxından tanış oldular.Tədbirdə Göyçay rayon ziyalıları, mədəniyyət işçiləri, müəllimlər, uşaq və yeniyetmələr iştirak edirdi. Tədbiri Mərkəzi Kitabxananın müdiri Rövşən Balayeva açdı.O,gələn qonaqları salamladı və  tədbiri açıq elan etdi. Uşaqların ifasında şerlər, səhnəciklr və rəqslər tədbirə xüsusi rəng qatdı. Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova layihə haqqında ətraflı məlumat verdi. Çıxışında bildirdi ki, Nəsimi İli çərçivəsində keçirilən tədbirin məqsədi, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Yazarlar, çıxışlarında uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmiş, son illərdə nəşr olunmuş kitablar haqqında maraqlı söhbətlər aparmış, uşaqların onlara verdikləri sualları cavablandırmışlar. Layihə çərçivəsində Göyçay MKS-nin uşaq şöbəsinə 400 -ə yaxın kitab hədiyyə edilib. Qeyd edək ki, “3 alma” TEAS Press Nəşriyyat evinin də hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.

Solmaz Amanova kiçik yaşlı uşaqlar arasında viktorina keçirdi. Fərqlənən oxuculara kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.

 

88.1 KB

 

418.3 KB

 

341.9 KB