Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində iştirakçılar Göyçay rayon MKS-nin 3 saylı “Arvan” şəhər uşaq kitabxana filialında olublar.

28.10.2019

24 oktyabr 2019 –cu il tarixində  “Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edən tanınmış uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanova və F. Köçərli adına Respublika uşaq kitabxanasının direktor müavini Zahirə Dadaşova Göyçay rayon MKS-nin 3 saylı “Arvan” şəhər uşaq kitabxana filialında  olublar. Qonaqlar kitabxanada olan eksronatlara, qiymətli rəsm əsərlərinə baxdıqdan sonra, kitabxanada  keçirilən tədbirlərlə maraqlanıblar.   “Arvan”  kitabxanasını yaradaraq həmyerlilərinə hədiyyə edən Əli Səmədlinin xeyirxah əməli qonaqların böyük heyranlığına səbəb olub. Qonaqlar “Arvan “kitabxanası ,onun fəaliyyəti haqqında öz ürək sözlərini kitabxananın rəy kitabına yazıblar.

Kitabxana ilə tanışlıq qonaqlarda çox gözəl təəssüratlar yaradıb.

 

92.9 KB

 

96.4 KB

 

85.4 KB