Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində əməkdaşlar Göyçay rayon Rəsul Rzanın ev muzeyinin qonağı olublar.

29.10.2019

“Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində Göyçay rayonunda qonaq olan uşaq yazarı, professor Zahid Xəlil, “Göy qurşağı” uşaq jurnalının redaktoru Sevinc Nuruqızı, uşaq yazarı, dossent Reyhan Yusifqızı, “İrs” fənninin müəllifi, professor Solmaz Amanova və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Rəsul Rzanın ev muzeyini ziyarət ediblər. Muzeylə tanış olan qonaqlar bu gözəl məkana gəldiklərinə görə böyük məmnunluq hissi keçirdiklərini bildiriblər. Qonaqlar muzeyin Xatirə kitabına ürək sözlərini yazıblar.

 

1.3 MB

 

875 KB

 

1.3 MB