Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

04.11.2019

Göyçay rayon Heydər Əliyev Mərkəzində 20 oktyabr- 20 noyabr tarixlərində Uşaq hüquqları aylığı çərçivəsində "Uşaqlar bizim gələcəyimizdir" adlı maarifləndirici tədbir keçirilib. İlk olaraq tədbirə dəvət olunmuş qonaqlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib. Daha sonra tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Zenfira Əliyeva bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr- 20 noyabr tarixlərində ənənəvi olaraq Uşaq Hüquqları Aylığı elan edilir. Sonra uşaq hüquqlarına həsr olunmuş videoçarx nümayiş olunub. Çıxış üçün söz Göyçay rayon Dövlət Texnologiya və İdarəetmə Kollecinin müəlliməsi Nərmin Abışovaya verilib. O, insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Növbəti olaraq, 3 saylı tam orta məktəbin müəlliməsi Tünzalə Mirzəyeva çıxış edərək yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verib. Sonra çıxış üçün söz Kürdəmiş kənd tam orta məktəbin psixoloqu Samir Rəfiyevə verilib. O, vurğulayıb ki, daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Ülviyyə İsayeva çıxış edərək bildirib ki, uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil, hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Sonda 3 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri şeirlərlə çıxış ediblər.

 

84.4 KB

 

100.1 KB

 

56.9 KB