Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Mərkəzi kitabxananın Uşaq şöbəsidə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

04.11.2019

Göyçay rayon M.Ə.Sabir adına Mərkəzi kitabxananın Uşaq şöbəsində “Uşaq hüquqları aylığı” çərçivəsində “Biz də hüquqlarımızı tanıyaq” mövzusunda tədbir keçirilib. Kitabxananın təşkil etdiyi tədbirdə rayon 3 saylı orta  məktəbin şağirdləri iştirak etdilər. Uşaq kitabxanasının işçisi Gülşən Əliyeva tədbiri açaraq qeyd etdi ki, hər il olduğu kimi bu il də 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilib. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, birinci vitse-Prezident xanım Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin biblioqrafı Gülarə Bədirova çıxış edərək bildirib ki, “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədi odur ki, hər bir uşaq öz hüquqlarını bilməlidir.                          

Tədbirin sonunda kitabxanada təşkil olunan  “Biz də hüquqlarımızı tanıyırıq” adlı sərgiyə baxış keçirilib.

 

97.5 KB

 

113.4 KB

 

112.1 KB