Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayon Tarix-Diyarşünaslıq muzeyində Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.

05.11.2019

Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan bayraq ilk dəfə 9 noyabr 1918- ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991–ci il oktyabrın 18 –də Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009 – cu il noyabrın 18 –də imzaladığı Sərəncamla  9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

      Bu münasibətlə 4 noyabr 2019 – cu il tarixində Ucar rayon Tarix–Diyarşünaslıq Muzeyində 9 noyabr Dövlət Bayrağı günü ilə əlaqədar  “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”  adlı tədbir keçirilib. Tədbirdə Ucar rayon Xalac kənd orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Muzeyin direktoru Solmaz Xudayeva və elmi əməkdaş Vəfa Hüseynova şagirdlər önündə bayraq mövzusunda mühazirələrlə çıxış ediblər. Tədbirin sonunda şagirdlərlə “Bayraq – bir millətin imzası” adlı ədəbi–bədii kompazisiya nümayiş olunub.

 

1.9 MB

 

1.9 MB

 

653.7 KB