Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyində “Şəhidlik zirvəsi adlı” tədbir keçirilib.

07.11.2019

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyində Böyük Dəkkə kənd Şəhidi Məmmədov Kamran Nurəddin oğlunun 50 illiyinə həsr olunmuş “Şəhidlik zirvəsi adlı” tədbir keçirilib.

İlk öncə bir dəqiqəlik sükutla Şəhidlərimizin ruhu yad edilib. Sonra Muzeyin direktoru Şahnaz Mustafayeva tədbiri açıq elan edərək, bildirib ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Tədbirdə şəhidin qardaşları Rafiq və Məhəmməd Məmmədovlar, bacıları Zabitə və Gülnar Məmmədovalar, sinif yoldaşı Telman Cəbrayılov,döyüş yoldaşları Bayram Bayramov,Elçın Məmmədov Şəhid haqqında xatirələrini danışıblar.
Tədbirdə Zərdab rayon Hərbi Komissarlığının nümayəndələri, Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər İdman-Şahmat məktəbi,M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbi, “Əkinçi” qəzetinin müxbiri və H.Z.B.Zərdabi muzeyinin əməkdaşları iştirak ediblər.
 

 

332 KB

 

346.3 KB

 

430.1 KB