Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəssisələrində 9-noyabr “Dövlət Bayrağı Günü” münasibətilə müxtəlif səpkili tədbirlər keçirilir.

07.11.2019

6 noyabr 2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində 9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş "Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir" adlı dəyirmi masa keçirilib. İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.Sonra tədbiri giriş sözü ilə Mərkəzin kiçik elmi işçisi Ülkər Məlikzadə açaraq bildirib ki, Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Həmçinin qeyd edib ki, Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Daha sonra 3 saylı tam orta məktəbin tarix müəlliməsi Rəfiqə Əbilova çıxış edərək bildirib ki, bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, dövlət rəmzi olub, müharibələr zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. O çıxışının sonunda qeyd edib ki, biz xalq olaraq inanırıq ki, milli mənsubiyyətimizin, tariximizin və mənəvi dünyamızın rəmzi olan üçrəngli bayrağımız hər zaman əzəmətlə dalğalanacaq və bizi - bu ölkənin vətəndaşlarını daim qürurlandıracaq.

 

98.1 KB

 

89.4 KB

 

82.5 KB