Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir” adlı tədbir keçirilib.

07.11.2019

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının birgə təşkilatçılığı ilə noyabr ayının 6-da Zərdab şəhər 1 saylı məktəb liseyində 9 noyabr Bayraq Günü münasibəti ilə “Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir” adlı tədbir keçirilib.

Tədbirdə muzeyin əməkdaşları Şəlalə Əliyeva və Ziyalə Əliyeva çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.Əməkdaşlar məktəblilərə bayraq haqqında ətraflı məlumat veriblər.

 Tədbirdə şəhər 1 saylı məktəb liseyinin müəllimləri Turanə İsaqova və Xatirə Əhmədova çıxış edərək qeyd ediblər ki, Azərbaycan Respublikasının dövlət atributlarından,dövlətçilik rəmzlərindən biri onun Milli bayrağı - Dövlət bayrağıdır. Sonra 4 a və 6 b sinif şagirdləri Dövlət rəmzimiz olan Himni oxuyublar və  qürur mənbəyimiz olan bayraq haqqında şerlər söyləyiblər.

 

827 KB

 

846.6 KB

 

699.5 KB