Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Mərkəzi Kitabxanasında “Dövlət Bayrağı Günü” münasibəti ilə “Mənim Varlığımın Cilası Bayraq” adlı tədbir keçirilib.

07.11.2019

Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bü günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır - Dövlət Bayrağı Günü qeyd edilir. Ölkəmizin hər yerində olduğu kimi 6- noyabr 2019-cu il tarixində Göyçay rayon  Mərkəzi Kitabxanasında Bayraq günü ilə əlaqədar “Mənim Varlığımın Cilası Bayraq” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə 1 saylı məktəb kollektivi ilə yanaşı Göyçay Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Göyçay Rayon MKS-nin direktoru Rövşən Balayeva Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında , Ulu öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında  məlumat verib.  Sonra kitabxananın əməkdaşı Güllü Paşayeva Dövlət bayrağının Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul olunduğunu xatırladaraq, qeyd edib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda Cümhuriyyət bayrağı qaldırılıb.  Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sonra 1 saylı məktəbin şagirdlərinin ifasında bayrağımız haqqında şeirlər və mahnılar səsləndirilib.  Tədbirin sonunda “Mənim Varlığımın Cilası Bayraq” adlı sərgiyə baxış keçirilib.

 

94.9 KB

 

111.8 KB

 

120.2 KB