Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəsul Rza ev muzeyində 9 noyabr – Bayraq günü qeyd olunub.

07.11.2019

Noyabrın 7-də Göyçay rayon Rəsul Rzanın ev muzeyində 9 noyabr Bayraq gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” başlıqlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Solmaz Həsənova bayraq gününün təsis edilməsi, prezidentin fərmanı haqqında məlumat vermiş, üç rəngli bayrağımızın daşıdığı mənaları haqqında öz fikirlərini bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir və dövlətimiz bu gün 3 rəngli milli dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Digər natiq muzeyin elmi işçisi Əlisəftər Məmmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Bayrağımız bü gün BMT-nin Nyu Yorkdakı iqamətgahının qarşısında dünyanın 180-dan çox müstəqil dövlətlərinin bayraqları ilə bir sırada dalğalanır.

Tədbirin sonunda 6 saylı orta məktəbin bir qrup 5-6-cı sinif şagirdləri vətənə, bayrağa həsr olunmuş şeirlər söyləmiş, Himnin ifasıyla tədbir sona çatmışdır.

 

1.7 MB

 

1.2 MB

 

1.2 MB