Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

08.11.2019

7 noyabr 2019-cu il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzində Ağdaş rayon Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayraq mənliyim, bayraq kimliyim” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Sonra Ağdaş rayon MKS-nin əməkdaşı Vüsalə Məmmədova məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Demokratik Respublikasının ilk bayrağı üzərində ağrəngli aypara və səkkiz guşəli ulduz təsvir olunan qırmızı bayraq  kimi qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib.

Sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Ağdaş rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivləri üzvlərinin ifa etdikləri Azərbaycana, bayrağımıza həsr olunmuş musiqi nömrələri, Səməd Vurğun adına 1 saylı tam orta məktəbin  şagiridlərinin hazırladıqları “Bayrağımız qürurumuzdur” adlı kompozisiya, Maqsud Şeyxzadə adına THT təmayüllü gimnaziyanın şagirdlərinin ifasında vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər və “İgidlər” rəqs qrupunun rəqs nömrələri, “Şahinlər” qrupunun vətənə aid hazırladıqları kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

1.8 MB

 

1.9 MB

 

1.8 MB