Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayon Heydər Əliyev Mərkəzində “Dalğalansın şanlı bayraq” adlı tədbir keçirilib.

08.11.2019

7 noyabr 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar rayon Heydər Əliyev Mərkəzində Bayraq günü münasibəti ilə “Dalğalansın şanlı bayraq” adlı tədbir keçirilmişdir.Tədbirdə Ucar rayon 4 nömrəli məktəbin müəllim və şagird kollektivi,Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları,Rayon idman müəllimləri və şagirdləri iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mətanət Qəribova açaraq ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışmış, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb.

     Tədbirdə çıxış edən Gənclər İdman İdarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev  bildirmişdir ki, Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.O, çıxışını ümummilli lider Heydər Əliyevin sözləri ilə bitirdi:”Azərbaycan Respublikasının  dövlət rəmzləri Azərbaycan dövlətinin müstəqilliyini təcəssum etdirən müqəddəs rəmzlərdir.Vətəndaşlarımıza,xüsusən də gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir...”

     Sonra  10 qat Bakı Çempionu,6 qat Azərbaycan Çempionu,Avropa 4-cüsü, Azərbaycan qol güləşi Federasiyasının rəsmi nümayəndəsi Kamal Məmmədli  çıxışında  idmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan  bayraq  hər  bir  azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə,  xalqa mənsubluq hissini gücləndirdiyini qeyd edib.Sonra bayraqla, tariximizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.Tədbirin sonunda məktəb şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya iştirakcılara təqdim olunub.

 

106.2 KB

 

88.4 KB

 

101 KB