Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göycay rayon MKS-nin Mallı-Şıxlı kənd kitabxana filialında “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

08.11.2019

7 noyabr 2019-cu il tarixində Göycay rayon MKS-nin Mallı-Şıxlı kənd kitabxana filialında “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Mallı-Şıxlı orta  məktəbinin müəllim və şagird kollektivi iştirak edib.                Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.      

         Tədbiri filialın müdiri Sevgili İsmayılova açaraq bildirib ki,  Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində təhsil oçaqlarında mütəmadi olaraq işlər görülür. Həmçinin  diqqətə çatdırılıb ki, bu gün Azərbaycan gəncləri Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.    

      Tədbirdə şagirdlərin ifasında vətənə, millətə, dövlət atributlarına aid vətərnpərvərlik mövzusunda şeirlər söylənilib, “Şəhidlər ölməz, vətən bölünməz” başlıqlı sərgiyə baxış keçirilib.   

      Sonda tədbir iştirakçıları şəhid həmyerlilərinə  həsr olunmuş xatirə kompleksini ziyarət ediblər. 

 

201.5 KB

 

118.2 KB

 

157.9 KB