Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Rayon Heydər Əliyev Mərkəzində “9 noyabr Dövlət Bayrağı günü”nə həsr olunmuş dəyirmi masa təşkil edilib.

09.11.2019

Noyabrın 8-də Ağdaş Rayon Heydər Əliyev Mərkəzində “9 noyabr Dövlət Bayrağı günü”nə həsr olunmuş dəyirmi masa və film nümayişi təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Tənzilə Şıxıyeva xatırladıb ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. O, Azərbaycan Respublikasının dövlət bayrağının təsis olunması tarixi və bu gün müstəqil ölkəmizdə dövlət atributu kimi ona göstərilən ehtiramdan danışıb. Bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il oktyabrın 18-də isə üçrəngli bayrağımız müstəqil ölkəmizin dövlət bayrağı elan olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması Milli mənəvi dəyərlərimizə, dövlət atributlarımıza ehtiramın bariz nümunəsidir.

Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Kəmalə Sadıqova “Bayrağımız qürur mənbəyimizdir”, Ulviyyə Qocayeva “Azərbaycan bayrağı dövlətçiliyimizin atributlarından biridir” və Fatma Abdullayeva “Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzidir” mövzularında məruzə ilə çıxış ediblər.

Daha sonra tədbir iştirakçıları və Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri Mərkəzin kinozalında Dövlət Bayrağı Gününə həsr olunmuş sənədli filmə baxıblar.

Sonda isə mərkəzin kollektivi, eləcədə tələbələr Ağdaş rayonunda təşkil olunmuş Bayraq meydananına yürüşdə iştirak ediblər.

 

1.2 MB

 

1.2 MB

 

1.4 MB