Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab Rayon Uşaq İncəsənət məktəbində 9 noyabr Azərbaycanın Dövlət bayrağı günü münasibətilə tədbir keçirilib.

09.11.2019

    8 noyabr 2019-cu il tarixində Zərdab Rayon Uşaq İncəsənət  məktəbində 9 noyabr Azərbaycanın Dövlət bayrağı günü münasibətilə “Dünyanın ən gözəl bayrağı” başlıqlı tədbir keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Nicat Əlifi açaraq bildirib ki, 9 noyabr  Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunduğunu bildirib. Həmçinin tədbir  içtirakçılarının nəzərinə çatdırılıb ki, 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

   Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra şagirdlərin ifalarında  gözəl musiqi parçaları səsləndirilib. Xoreoqrafiya ixtisası şagirdlərinin birgə hazırladıqları kompozisiya  tədbirə dahada  rövnəqlik və rəngarənglik gətirib.

 

54.2 KB

 

65.3 KB

 

76.1 KB