Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.

13.11.2019

12 noyabr 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarının Tarix-Diyarşünaslıq muzeylərinin, Heydər Əliyev Mərkəzlərinin, Ev və Xatirə muzeylərinin əməkdaşları Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Təcrübə mübadiləsi və qabaqcıl iş təcrübəsi ilə tanışlıq məqsədi daşıyan tədbirdə Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov və muzeyin əməkdaşları qabaqcıl təcrübə metodları ilə qonaqları tanış ediblər. Qarşılıqlı dialoq şəkilndə təşkil olunmuş tədbirdə eyni zamada muzey müəssisələrində dərnəklərin yaradılması, əhalinin muzeylərə cəlb edilməsi məqsədilə təbliğat işinin düzgün qurulması, digər müəssisə və təşkilatlarla müqavilələrin bağlanması, muzeydə sənədləşmə işlərinin aparılması, əşyaların fondda düzgün qablaşdırılması və saxlanılması, bərpaya ehtiyacı olan əşyaların uçotunun aparılması, elmi arxivin yaradılması məsələləri müzakirə olunmuşdur. Tədbirin sonunda bundan sonra da qarşılıqlı əlaqələrin yaradılması qərara alınmşdır.

Sonda muzey əməkdaşları Horadiz şəhərinin görməli yerləri və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

 

253.6 KB

 

208.9 KB

 

215 KB