Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Milli Dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzusunda dəyirmi masa keçirilib.

19.11.2019

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinin təşkilatçılığı ilə “Milli Dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada giriş sözü ilə Heydər Əliyev Mərkəzinin  direktoru Könül Rəhimova çıxış edərək  bildirib ki, Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Azərbaycanda meydan hərəkatı xalqı birləşdirdi, ölkəmizin müstəqilliyə doğru getməsi üçün xalqı oyatdı. Bu oyanma xalqı müstəqilliyə apardı. Bu birləşmə xalqı özünün azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.

Könül xanım çıxışında onu da vurğulayib ki, xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib.

Daha sonra Mərkəzin əməkdaşı Xanım İmanova isə  “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”  mövzusunda məruzə ilə çıxış edib. Xanım İmanova  öz çıxışında  Azərbaycanda meydan hərəkatının  xalqı birləşdirməsindən,  ölkəmizin müstəqilliyə doğru getməsi üçün xalqı oyatmasından danışıb. Bildirilib ki, bu oyanma xalqı müstəqilliyə apardı. Bu birləşmə xalqı özünün azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi.

 

2.2 MB

 

2.3 MB

 

2.5 MB