Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə səyyar kitabxana xidməti təşkil edilib.

29.11.2019

        28 Noyabr 2019-cu il tarixdə Göyçay rayon MKS-nin Uşaq şöbəsi Z. Bünyadov adına rayon 3 saylı orta məktəbdə şair İlyas Tapdığın 85 illik yubileyinə həsr olunmuş “Uşaq poeziyasının günəşi” adlı səyyar xidmət təşkil edib.Tədbirin keçirilməsində əsas məqsəd uşaqları İlyas Tapdıq yaradıcılığı ilə yaxından tanış etmək olub.   

        Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva öz çıxışında bildirib ki,  Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli şair və tərcüməçi İlyas Tapdıq müasir uşaq ədəbiyyatında özünə məxsus dəsti-xətti olan uşaq şairlərindəndir. Şairin yaradıcılığının  bir qismini vətənə, yurdumuzun təbiətinə, gözəlliklərinə, bir qismini körpə balaların xarakterik xüsusiyyətlərinə  həsr olunmuş əsərlər təşkil edir. O, həmçinin qeyd etdi ki, şair uşaq ədəbiyyatımızın inkişafında və zənginləşməsində xüsusi və şərəfli bir yol keçib.

            Sonra Oxu zalının müdiri Sevinc Qafurova  İlyas Tapdıq yaradıcılığının, xüsusən də azyaşlılar tərəfindən həmişə sevilərək  mütaliə olunmasını uşaqların diqqətinə çatdırıb. Şairin uşaqlar üçün yazdığı şeirlərlə, dərsliklərlə uşaqları tanış edib və onun yazdığı şerlərin saf, sadə dillə yazıldığını da xüsusilə qeyd edib.            

      Tədbirin sonunda şagirdlər İlyas Tapdığın bir neçə şerilərini söyləyiblər.

 

163.5 KB

 

176.1 KB

 

166.6 KB