Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş və Göyçayda ustad dərsləri keçirilib.

29.11.2019

           Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi və incəsənət məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın tanınmış musiqiçiləri,aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilir.

            Növbəti ustad dərsləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 28-29 noyabr tarixlərində Habil Əliyev adına Ağdaş şəhər və Arif Məmmədov adına Göyçay rayon uşaq musiqi məktəblərində keçirilib.

 Ustad dərslərini Üzeyir Hacıbəyli adına Bakı Milli Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Quliyev və Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin direktoru,respublikanın Əməkdar müəllimi İkram Manafov aparıblar.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev açılış nitqi ilə çıxış edərək “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin həyat yolundan, onun musiqi dünyasından ətraflı danışıb.

Dərs zamanı tarzən şagirdlərə tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar haqqında, muğam ifaçılığı və konsertmyetserlə iş barəsində ətraflı danışıb.

 

877.5 KB

 

788.9 KB

 

385.5 KB