Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsi üzrə kitabxana müəssisələrinin əməkdaşları Bakı şəhərində olublar.

04.12.2019

Dekabrın 3-də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarının kitabxana müəssisələrinin əməkdaşları Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən  kitabxana müəssisələrində olublar. Təcrübə mübadiləsi və qabaqcıl iş təcrübəsi ilə tanışlıq məqsədi daşıyan tədbirdə ilk öncə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət Siyasəti sektorunun baş məsləhətçisi Sücayət Piriyeva və Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova qabaqcıl təcrübə metodları ilə qonaqları tanış ediblər. Qarşılıqlı dialoq şəkilndə təşkil olunmuş tədbirdə kitabxanalarda metodiki işlərin təşkili, oxuculara müasir formalarda xidmət üsulları, karguzarlıq işləri və digər məsələlər müzakirə olunmuşdur.

Sonra kitabxanaçılar Binəqədi rayon Mərkəzi kitabxanasında olublar. Tədbirdə Binəqədi rayon MKS-nin direktoru Rəna Bilyandarlı və kitabxana əməkdaşları Mərkəzi kitabxana tərəfindən görülən işlər barədə qonaqlara ətraflı məlumatlar veriblər.Eyni zamanda görüşdə uşaqlara kitabxana xidməti, “ALİSA” proqramı və MKS-lərin saytları ilə iş və digər məslələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

1.9 MB

 

456.4 KB

 

493.2 KB