Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədər Zərdab rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir.

04.12.2019

2 dekabr tarixindən etibarən Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat və fəaliyyətinin öyrənilməsi və gənc nəslə çatdırılması məqsədilə, eləcə də dahi şəxsiyyətin anım günü ilə əlaqədər “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilməyə başlanılıb. Dərslərin keçirilməsində əsas məqdəs Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslər zamanı “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz”, “Azərbaycan xalqının müdriklik simvolu”, “Tariximizdə müstəsna yeri olan qurucu lider”, “Millətini uca zirvələrə qaldırmış dahi insan”, “Müstəqilliyi qoruyaraq möhkəmləndirən lider”, “Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı idi”,”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır”, “Heydər Əliyev doğma Zərdabımızda” və digər müvafiq mövzularda məruzələr dinləniləcək.
Dərslər çərçivəsində Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunacaq.

2 dekabr 2019-cu il tarixində Zərdab rayon Yarməmmədbağı kənd tam orta məktəbinin şagirdləri ilə “Tariximizdə müstəsna yeri olan qurucu lider” mövzusunda dərs keçirilmişdir.
Dərsə başlamazdan əvvəl Heydər Əliyev Mərkəzinin bələdçisi Xanım İmanova şagirdləri Dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto bölmələrlə tanış edib.
Dərs zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilib, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkürəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda tədbirdə təhsildə əldə etdiyi nailiyyətlərə, nümunəvi nizam-intizamına, həyata keçirilən layihələrdə fəal iştirakına və Ümummilli Lider Heydər Əliyev haqqında hazırladığı təqdimata görə Yarməmmədbağı kənd tam orta məktəbinin şagirdi Arzum Umarovaya Zərdab rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

 

1 MB

 

1 MB

 

959.4 KB