Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin Yarməmmədbağı kənd filialında “Mən Azərbaycanlıyam!” mövzusunda məlumat günü keçirilmişdir.

10.12.2019

9 dekabr 2019-cu il tarixində Zərdab rayon MKS-nin Yarməmmədbağı kənd filialında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar, “Mən  Azərbaycanlıyam !” mövzusunda məlumat həftəsinə yekun vurulmuşdur.

İlk öncə iştirakçılar Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra kitabxana filialının müdiri Ofeliya Əzizova dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolu haqqında məlumat verib. O, vurğulayıb ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışaraq bildiriblər ki, Ulu öndər, dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımızın taleyində, mənəvi siyasi və ictimai həyatında misilsiz rol oynamışdır.

Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anım gününü əks etdirən sərgi nümayiş olunmuşdur.

 

1.3 MB

 

1.3 MB

 

1.2 MB