Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” adlı tədbir keçirilib.

10.12.2019

10 dekabr 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinnin əməkdaşlarının təşkilatçılığı ilə Zərdab şəhər 3 saylı tam orta məktəbdə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” adlı tədbir keçirilib. Tədbirdə muzeyin əməkdaşı Aybəniz Abdullayeva mühazirə çıxış edərək bildirib ki, Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın  ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”. Muzeyin əməkdaşı  Tünzalə Osmanova şagirdlərə 1993-cü ilin dekabr ayında Ağdam rayonunun Qiyaməddinli kəndində Dağlıq Qarabağ torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olan Qasımov Namiq Qasım oğlu haqqında ətraflı məlumat verib.

 

2 MB

 

2.1 MB

 

2.2 MB