Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları ”Sevinclə gəl,yeni ilim!” adlı bayram tədbiri keçirib.

28.12.2019

27 dekabr 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları şəhər 3 saylı Körpələr evi-uşaq bağçası ilə birgə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "Sevinclə gəl,yeni ilim!" adlı bayram tədbiri keçirib.

Bağçanın müdiri Kəmalə Nağıyeva  qonaqları və uşaqları salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanda uşaqların vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət göstərilir. O, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Liderimizin adı ilə bağlıdır.
Uşaq şöbəsinin müdiri İlahə Əsədova  şənlik iştirakçılarını, o cümlədən uşaqları qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edərək, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əskik olmamasını arzulayıb.
Şaxta baba və Qar qızın iştirakı ilə keçirilən şənlikdə uşaqların ifasında vətənpərvərlik şerləri və mahınları səsləndirilib, əlvan yolka ətrafında yeni il musiqilərinin sədaları ilə dövrə vurulub, bayramlara həsr olunmuş maraqlı kompozisiyalar nümayiş edilib. Şənlik uşaqların böyük sevincinə səbəb olub.

 

1.5 MB

 

1.1 MB

 

1.2 MB