Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Uşaq İncəsənət məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib.

28.12.2019

27 dekabr 2019-cu il tarixdə Zərdab Uşaq İncəsənət məktəbində Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə “Yeni İl Sevincləri” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nicat Əlifi, Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayonu üzrə nümayəndəsi Urfan  Əhmədov, MİHİ Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova, məktəbin tədris İşləri üzrə direktor müavini Nazim Əzizov və məktəb üzrə həmkarlar təşkilat komitəsinin sədri Nəzakət Qarayeva ilə bərabər məktəbin şöbə müdirləri, müəllimlər və şagirdlər iştirak ediblər.

    Tədbirdə  məktəbin direktoru Nicat Əlifi  çıxış edərək, ilk öncə tədbir iştirakçılarını salamlamış və onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək, işlərində müvəffəqiyyətlər, yeni-yeni nailiyyətlər  və möhkəm can sağlığı arzulayıb.

    Qeyd edilib ki, Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır.

    Tədbirdə qonaq olan Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayonu üzrə nümayəndəsi Urfan  Əhmədov və MİHİ Zərdab rayon komitəsinin sədri Vəfa Bayramova çıxış edərək tədbir iştirakçılarını bayram günü münasibəti ilə  təbrik ediblər.

   Sonra tədbir şagirdlərin ifasında konsert proqramı ilə davam edib. Şaxta babanın və Qar qızın gəlişi  tədbirə daha da  rəngarənglik gətirib.

   Tədbirin sonunda MİHİ Zərdab rayon komitəsinin sədri Vəfa Bayramovanın iştirakı ilə tədbir iştirakçılarına Yeni il hədiyyələri təqdim edilib. 

 

68.9 KB

 

53.8 KB

 

70.2 KB