Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəsul Rzanın ev muzeyində “Dünya Azərbaycanlıları həmrəydir”başlıqlı tədbir keçirilib.

28.12.2019

Hər il ölkəmizdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur və Azərbaycan xalqı ənənəvi olaraq bu günü həmrəylik bayramı kimi qeyd edir.

            Dekabrın 26-da Rəsul Rzanın ev muzeyində şəhər 6 saylı məktəbin bir qrup müəllim və şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə “Dünya Azərbaycanlıları həmrəydir” başlıqlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Solmaz Həsənova qeyd etmişdir ki,  31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Artıq 28 ildir ki, Azərbaycan xalqı bu günü Yeni illə bahəm qeyd edir. Həmrəylik günü eyni zamanda Azərbaycan diasporu üçün ən mühüm bayrama cevrilib. Solmaz Həsənova onu da qeyd etmişdir ki, 1991-ci il dekabr ayının 16-da Ulu Öndrimiz tərəfindən Naxçıvan Muxtar Respublikası Ali sovetinin sədri olarkən qeyd olunmağa başlayan bu gün mənəvi birlik və milli həmrəylik günü kimi dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda daha da uğurlar qazanmasına xidmət edir.

Sonda məktəblilər Ulu Öndərə, vətənə və Yeni ilə həsr olunmuş şeirlər söyləmiş, Azərbaycanın Dövlət Himnin səsləndirilməsi ilə tədbir sona çatmışdır. 

 

1.5 MB

 

1.6 MB

 

1.9 MB