Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Mərkəzi kitabxanasında “Xoş gəlmisən yeni il” başlıqlı bayram şənliyi keçirilib.

28.12.2019

28 dekabr 2019-cu il tarixdə Göyçay rayon MKS-inin Oxuculara Xidmət şöbəsində “Xoş gəlmisən yeni il” başlıqlı bayram şənliyi keçirilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə , Göyçay rayon 1 saylı məktəbin müəllim və şagird koııektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Rövşən Balayeva açıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövlətin təhsilə, mədəniyyətə və gənclərin savadlanmasına göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbir boyunca şagirdlərin maraqlı və məzmunlu çıxışları tədbir işirakçılarına  bayram əhval-ruhiyyəsi yaşadıb. Şaxta baba və Qar qız şagirdləri təbrik ediblər.

 

127.3 KB

 

116.1 KB

 

114.2 KB