Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Sarıqaya kəndində “Yeni il,yeni arzular!” adlı bayram tədbiri keçirib.

29.12.2019

28 dekabr 2019-cu il tarixində Zərdab rayon Sarıqaya kəndimdə kənd kitabxana filialı və Sarıqaya kənd  tam orta məktəbinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Yeni il, yeni arzular!” adlı bayram tədbiri keçirilib.

Tədbirdə Sarıqaya kənd kitabxana filialının əməkdaşları, məktəblərin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər. 

Təşkil olunmuş bayram tədbirini Sarıqaya kənd tam orta məktəbin direktoru Nərminə Cəbrayılova   açaraq, əlamətdar günlər münasibətilə məktəbliləri təbrik edib və onlara gələcək təhsillərində uğurlar arzulayıb. Dövlətin təhsilə, gənclərin savadlanmasına göstərdiyi diqqət və qayğıdan danışıb.

Kitabxana filialının müdiri Elza Manafova da iştirakçıları təbrik edərək, Yeni ilin  dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi Azərbaycanda da insanların məişətinə daxil olduğunu bildirib. O, həmrəylik gününün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaqda, onlar arasında birlik yaratmaqda mühüm rol oynadığını vurğulayıb.

Sonra uşaqlar şeirlər söyləyib, mahnı oxuyub, səhnəciklər nümayiş etdiriblər. Şaxta baba və Qar qız şagirdləri təbrik ediblər. Tədbirin sonunda  Şaxta baba uşaqlara Yeni il hədiyyələri  təqdim edib.

 

1.4 MB

 

1.3 MB

 

1.5 MB