Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib.

30.12.2019

29 dekabr 2019-cu il tarixində Ağdaş Rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib.

İclasda Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev çıxış edib.

Əvvəlcə mədəniyyət işçilərini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, xoş arzularını çatdıran idarə rəisi 2019-cu ildə Regional İdarə tərəfindən görülmüş işlərdən və 2020-ci ildə nəzərdə tutulmuş lahiyələrdən danışıb.

O, çıxışında yaradıcı düşüncəyə malik olan gənclərin irəli çəkilməsi, kreativ  layihələrin hazırlanması, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, keçirilən tədbirlərin KİV-də işıqlandırılması, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

 

863.4 KB

 

1 MB

 

945 KB