Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının təşkilatçılığı ilə Zərdab rayonun yaranmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

05.02.2020

Fevralın 5- də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının təşkilatçılığı ilə  3 saylı tam orta məktəbdə  Zərdab rayonun yaranmasının 85 illiyinə həsr olunmuş “Zərdabi yurdunun tarixi “ adlı tədbir keçirilib.

          Tədbirdə muzeyin elmi işçisi Ziyalə Əliyeva və muzeyin əməkdaşı Tünzalə Osmanova çıxış edərək bildiriblər ki, Zərdab inzibati-ərazi vahidi Aran iqtsadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir. İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən etibarən yaşamağa başlamışlar. Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaratmışdır.

         Zərdab rayonu 1935-ci ildə təşkil olunmuş, 1 yanvar 1963-cü il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmiş və 6 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Rayonda 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi vardır. Kür və Qarasu çayları Zərdabda qovuşur. Kür çayı üzərində tikilmiş körpü rayonu, Ağcabədi ilə, ümumən isə Qarabağla birləşdirir.Ulu Öndər Heydər Əliyev 1978-ci il may ayının 29-da Kür çayının daşması ilə əlaqədar vəziyyətlə yerində tanış olmaq məqsədilə rayonda olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 iyun 2006-cı il, 06 may 2011-ci il, 07 oktyabr 2012-ci il və 02 dekabr 2016-cı il tarixlərdə rayona səfər etmişdir.

         Tədbirdə məktəbin təşkilatçı müavini Babaş Babaşov və 7-ci sinif şagirdləri  Zərdab rayonunun tarixi haqqında  bildiklərini və taninmış şəxsiyyətləri haqqında öz fikirlərini bildiriblər.

 

78.9 KB

 

84.7 KB

 

84.1 KB