Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar Rayon Heydər Əliyev Mərkəzində Milli Qəhraman Mübariz İbrahimovun doğum günü ilə bağlı tədbir keçirilib.

10.02.2020

7 fevral 2020-ci il tarixində Ucar Rayon Heydər Əliyev Mərkəzində Ucar Rayon Şahmat Məktəbi və Mərkzin birgə təşkilatçılığı ilə Milli Qəhraman Mübariz İbrahimovun doğum günü ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Ucar Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Tacəddin Mehdizadə qeyd edib ki,Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı.İşıqlı duyğularla, niyyətlərlə yaşayan böyük əməl sahibləri seçdikləri yolda sona qədər əzmlə, yorulmadan, usanmadan maneələri heçliyə çevirərək irəliləyirlər. O yolun sonunun işıqlı sabahlara qovuşacağına əmin olduqlarından simalarındakı nurlu təbəssüm də, gözlərinin dərinliyindəki məna da "Öncə Vətəndir!" deyir. Qəhrəmanların niyyəti, məqsədi, dönməz iradələri xalqının, millətinin mənafeyinə xidmət edir.

Sonda  Milli Qəhraman Mübariz İbrahimov haqqında flim nümayiş etdirilib.

 

2.2 MB

 

2.1 MB

 

241.2 KB